Kəpəz RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki ticarət köşklərinin birindən 50 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Rüstəmov saxlanılıb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisində 4 avtomobildən akkumulyator, təkər və mobil telefon, 3 həyətyanı sahədən su sayğacı və su nasosu oğurlaması da müəyyən edilib.