Masallı rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb.
Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki Masallı rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da rayon ərazisindəki evlərin birindən 2000 manat, 400 ABŞ dolları və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yeddioymaq kənd sakini, əvvəllər məhkum olunmuş Sadiq Zeynalov saxlanılıb.
Onun noyabrın 6-da həmkəndlisi Hacıbala Qənbərov və şəhər sakini, əvvəllər məhkum olunmuş Əziz Hüseynovla birgə rayon ərazisindəki inzibati binaların birindəki seyfdən 1200 manat oğurlaması da müəyyən edilib.
Davam etdirilən tədbirlərlə H.Qənbərov və Ə.Hüseynov da saxlanılıblar.