Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Unikal.org-un report-a istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Nail Talıbov ifadə verib.
O deyib ki, spirtli içkidən əziyyət çəkdiyi üçün Mərkəzdə müalicə alıb.
Zərərçəkmiş bildirib ki, yanğından əvvəl yuxudan oyanıb: "Sanitar qovşağına gedib əl-üzümü yudum. Mərkəzdə 11-ci palatada qalırdım. Ora qayıdanda 16-cı palatadan Kamil adlı oğlanın səsisini eşitdim ki, yanğın var. Cəld həmin palataya getdim. Orada yanğın var idi, söndürdük. Bu zaman yorğanın da alovdan alışdığını gördüm. Palatamda suyumuz vardı, onu gətirib tökdüm. Xeyri olmadı, otaqda yaşlı kişi vardı, onu kömək edib, çölə çıxardım. Yanğınsöndürənlər gələnə kimi Mərkəzin mühafəçisi Amidlə yanğını söndürməyə kömək etmişəm".
O söyləyib ki, alov ən çox 15-ci palatadan gəlib: "Alovlar ən çox ordan çıxırdı. Lambrin də alışmağa başlamışdı. Məhəmmədi çöldə görmüşəm. Onunla salam-sağ olum vardı. Heç kimə qarşı şikayət və tələbim yoxdur".
Prosesdə daha sonra zərərçəkmiş kimi Şirzad Əsədov dindirilib. Məlum olub ki, zərərçəkmiş kimi tanınan şəxs cinayət törətdiyi üçün həbsdədir.
Ş.Əsədov bildirib ki, Mərkəzə gələndə ad-soyadını yanlış deyib: "Mən 3 ay idi ki, axtarışdaydım. O zaman həbsdən az bir müddət idi ki, çıxmışdım. Həm müalicə olmaq üçün, həm də həbsə düşməmək üçün Mərkəzə müraciət etdim. Azad müəllimə adımı və soyadımı səhv dedim. Məni palataya köçürdülər. Bir-iki gündən sonra bu hadisə baş verdi. Həmin gecə tüstünün qoxusuna oyandım, boğulurdum. Tez çölə qaçdım. Hər yanı tüstü bürümüşdü, duman kimi idi. Göz-gözü görmürdü. Birtəhər çölə çıxdım. İlkin yardım elədilər, boğulurdum. Sonra bizi başqa palataya köçürdülər. Araşdırma başlayanda bildilər ki, axtarışdayam. Mən orada tutuldum. Heç kimdən şikayət və tələbim yoxdu".
Məhkəmə prosesi davam etdiriləcək.
Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.
Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. O, daha sonra dünyasını dəyişib.