Sumqayıtda 8 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb.

Bu haqda Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, dələduzluq etdiyinə görə tutulmuş Cəmaləddin Məhərrəmovun ətrafında Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun şəhər sakinləri olan 8 nəfəri aldadıb ümumilikdə onlardan 10.300 manat alması da müəyyən edilib.