Bakı Ağır Cinayətlər Məhkəməsində "İŞİDterror qruplaşmasının bir qolu olan "Nüsra Cəbhəsitərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyevə hökm oxunub.

Unikal.org-un qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə E. Quliyev 13 il, digər iki şəxsin hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, adıçəkilən şəxslər Türkiyə ərazisindən keçərək Suriyada Gücüstan vətəndaşı Sərxan Bakraşvilinin rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində odlu "Kalaşnikovdan istifadə edərək orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Daha sonra İstanbul şəhərinə gələrək oradan Azərbaycana qayıdıblar. Ölkə ərazisində olarkən həbs ediliblər. Onlar özlərini təqsirli bilmirlər.