Bakı Ağır Cinayətlər Məhkəməsində küçədə tanımadığı şəxsi bıçaqlamaqda təqsirli bilinən Nurəhməd Nurəhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Nurəhmədov 3 il şərti azadlıqdan məhrum edilib.

İttihama görə, bu il paytaxtın Binəqədi rayonunda, rayon sakini Xəqani Tağıyev bıçaqlanıb. Hadisəni törətməkdə təqsirli bilinən yeniyetmə Nurəhməd Nurəhmədov olduğu müəyyən edilib və hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlum olub ki, Xəqani Tağıyev Nurəhməd Nurəhmədovun yaşadığı evin qarşısından keçən zaman söyüş söyüb. N.Nurəhmədov isə ona xəbərdarlıq edib. Lakin tərəflər arasında mübahisə düşüb. N Nurəhmədov X.Tağıyevi bıçaqlayıb. N.Nurəhmədova Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib. Onun barəsində polis nəzarətində qətimkan tədbiri seçilib.