Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun vəzifəsini yüksəldib.
Unikal.org-a daxil olan məlumata görə, Sahil Babayevin müvafiq əmri ilə, Aydın Əzizov Bakı şəhərində yeni yaradılan 5 tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal, Nəsimi rayonları üzrə sədri (baş həkim) təyin edilib.
Xəbəri Unikal.org-a Aydın Əzizov təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl A.Əliyev Səbail rayonun tibbi-sosial ekspert komissiyasının müdiri vəzifəsində çalışırdı.
Amid Əyyuboğlu