Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni təyinat olub.

Unikal.org xəbər verir ki, Dövlət Komitəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Cahandar Əlifzadə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsininin müdiri vəzifəsinə təyin edilib.

Bununla bağlı komitə sədri Mübariz Qurbanlı müvafiq əmr imzalayıb.

Xatırladaq ki, C.Əlifzadə bundan əvvəl Dövlət Komitəsində Dinşünaslıq ekspertizası şöbəsi müdirinin müavini vəzifəsində çalışıb. 

Qeyd edək ki, şöbənin əvvəlki müdiri Əliheydər Zülfüqarov Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsinə təyinat alıb.