Daxili İşlər naziri Ramil Usubov işdən çıxardığı polis mayoruna yeni vəzifə verib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Ramil Usubovun müvafiq əmri ilə, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) İctimai Təhlükəsizlik bölməsinin rəisi vəzifəsinə polis mayoru Anar Hüseynovu təyin edib.
Xəbəri Daxili İşlər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Anar Hüseynov bundan əvvəl Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) cinayət axtarış bölməsinin rəisi olub. Bir müddət öncə o, sözügedən vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü.
Famil Fərhadoğlu