Bakıda metronun girişində oğurluq olub.

DİN-dən Unikal.org-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 13-də metronun “Nizami” stansiyasının girişində Abşeron rayon sakini olan qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Rafiq Allahverdiyev saxlanılıb.