Şəkidə 45 yaşlı kişini tok vurub.
Unikal.org xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, Şəki şəhəri, Aşıq Cuma keçəsi ev 9 ünvanında yaşayan Şahin Soltan oğlu Mustafayev iyunun 1-i axşam saatlarında şok vəziyyətdə xəstəxanaya daxil olub.
Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 45 yaşlı Ş. Mustafayevi yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağında elektrik cəryanı vurub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Ş. Mustafayevə lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.