Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan "Gəl, dərdini danış" sosial kriminal layihə də daha bir cinayətin təfərrüatları bəlli olub.

Unikal.org xəbər verir ki, ötən həftə Hikmətin müəmmalı ölümü ilə bağlı İmişlidə olan teleaparıcı ölüm hadisəsinin baş verdiyi məkandan görüntülər tamaşaçılara təqdim etmişdi. Hikmətin ailəsi iddia edir ki, onun ölümündə arvadı Xəyalənin əli var. İddialara görə Hikmət qısa vaxtda arvadından boşanacaqdı. 

Ötən gün cinayətdə günhalandırlan qarşı tərəf Xəyalə xanım və ailəsi verilişdə iştirak edibllər. Xanım hadisəni olduğu kimi danışmaqla bərabər Hikmətin "öldürülməsi" versiyasını da inkar etmir. "Biz xoşbəxt yaşayırdıq. Mən demirəm öldürülməyib. Amma mənim ərimlə heç bir problemi yox idi.."

Qeyd edək ki, dəfələrlə Amil Xəlilin verilişində işıqlandırlan cinayət faktları hüquq mühafizə orqanları tərəfindən yenidən araşdırlıb. Hətta teleaparıcı "Hikmətin ölümü ilə bağlı İmişli hüquq mühafizə orqanlarının yenidən bu işi nəzarətə götürməsini"də qeyd edərək bütün xidmət əməkdaşlarına təşəkkür edib.

Xatırladaq ki veriliş həftə içi hər gün saat 16:00 da Space Tv-də yayımlanır.