Monteneqro Bakıda diplomatik nümayəndəlik açacaq.

Unikal.org xəbər verir ki, bu barədə qərar Monteneqro hökumətinin Baş naziri Duşko Markoviçin sədrliyi ilə keçirilən 103-cü sessiyasında verilib.

Qeyd olunur ki, bu nümayəndəlik Monteneqronun Türkiyədəki səfirliyinə tabe olacaq.

Xatırladaq ki, Bakıda həmçinin Monteneqronun fəxri konsulluğu da fəaliyyət göstərir və o, fəaliyyətini davam etdirəcək.