Hesablama Palatasının “Audit Fəaliyyətinin İdarəolunması Sistemi”nin qurulmasının satınalınması ilə əlaqədar keçirdiyi müsabiqənin qalibi açıqlanıb.
Unikal.org Palataya istinadən məlumat verir ki, dekabrın 18-də təkliflər sorğusu üsulu ilə keçirilmiş müsabiqədə Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi 88a/66 nömrəli ünvanda yerləşən “Prosys” MMC qalib gəlib.
Qalib şirkətlə dəyəri 64 min 959 manat olan satınalma müqaviləsi imzalanıb.