Ermənilər Obamadan da "soyqırımını" tanımağı tələb edirlər
Amerika Erməni Milli Komitəsi ABŞ prezidenti Barak Obamanı Almaniyadan nümunə götürməyə və "erməni soyqırımı"nı tanımağa çağırıb.

Unikal.org bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.

"Almaniya Bundestaqının "erməni soyqırımı"nı tanıması beynəlxalq ictimaiyyətin diqqətini ABŞ prezidenti Barak Obamanın Türkiyə siyasətini dəstəkləyərək cinayət faktını inkar etməsinə yönəldir", - deyə bəyanatda bildirilir.

Təşkilatın rəhbəri Aram Qamparyanın sözlərinə görə, Almaniya Bundestaqının "erməni soyqırımı"nı rəsmən tanıması gələcəkdə Türkiyənin təcrid olunmasına töhfə verəcək.

"Obamanın Almaniyadan nümunə götürərək Türkiyə siyasətini rədd etmək və "erməni soyqırımı"nı tanımaq üçün hələ vaxtı var", - deyə o vurğulayıb.