Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Türkiyə Respublikasının Daxili İşlər naziri cənab Süleyman Soylu ilə görüşüb.
Unikal.org-a verilən məlumata görə, Vüsal Hüseynov Türkiyə Daxili İşlər nazirini ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib. İki ölkə arasında digər sahələrdə olduğu kimi miqrasiya sahəsində də sıx əməkdaşlığın qurulduğunu diqqətə çatdıran Xidmət rəisi bundan sonra da əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərin əsirgənməycəyini vurğulayıb.
Vüsal Hüseynov ölkəmizdə miqrasiya proseslərinin daim diqqətdə saxlandığını qeyd edərək bu sahədə yeniliklərə o cümlədən innovativ vasitələrin tətbiqinə üstünlük verildiyini diqqətə çatdırıb.
Səmimi salamlamaya görə təşəkkürünü bildirən Süleyman Soylu Azərbaycanın Türkiyə üçün ən önəmli tərəfdaşlardan biri olduğunu qeyd edib. Miqrasiya məsələlərinin bütün dünyada olduğu kimi Türkiyədə də müzakirə mövzusuna çevrilmiş əsas məsələlərdən olduğunu bildirən Türkiyənin Daxili İşlər naziri Türkiyənin 3 milyondan çox qaçqına ev sahibiliyi edən ölkə kimi bu fenomenin doğurduğu fəsadlarla mübarizədə gördüyü işlər barədə məlumat verib.
Görüşdə hər iki ölkə vətəndaşlarının miqrasiya sahəsində üzləşdiyi problemlər barədə müzakirələr aparılıb, eləcə də bu problemlərin həlli istiqamətində atıla biləcək addımlar ətrafında fikir mübadilələri edilib. Əməkdaşlığın səmərələləliyinin daha da arıtırlması məqsədilə iki ölkənin miqrasiya məsələlərinə məsul qurumları arasında hüquq-müqavilə bazasının gücləndirilməsinə dair razılığa gəlinib.
Süleyman Soylu Miqrasiya Xidmətində - FOTO

19:15 28-12-2018
CƏMİYYƏT



Digər Xəbərlər
2025-02-23 23:18:42

2025-02-23 22:10:22

2025-02-23 20:02:18

2025-02-23 19:34:38

2025-02-23 19:22:50
2025-02-23 18:27:34

2025-02-23 17:08:42

2025-02-23 16:50:09

2025-02-23 16:41:33

2025-02-23 16:25:47

2025-02-23 16:13:37

2025-02-23 15:53:41

2025-02-23 15:22:37

2025-02-23 15:05:37

2025-02-23 15:03:00

2025-02-23 14:28:41

2025-02-23 13:07:15

2025-02-23 12:35:32

2025-02-23 12:21:47
.jpeg)