CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 27-i 55,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel çoxdur. 

Unikal.org xəbər verir ki, bu barədə  trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 27-i 53,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,35 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 27-i 49,4 dollar/barel təşkil edib ki, bu da  əvvəlki qiymətdən 0,1 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 27-i 51,59 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,36 dollar/barel çoxdur.