25 il əvvəl kazinolarda mahnı oxuyan, o dövrün tanınan və bəyənilən simalarından olan Gülten Yaşar acınacaqlı vəziyyətdədir.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni lotereya bileti sataraq pul qazanır.
İlk dəfə 1978-ci ildə konsert verdiyini dilə gətirən G.Yaşar səhnəyə qayıtmaq istəmədiyini dilə gətirib:
“Toy salonlarında, ailə kazinolarında müğənni olaraq çalışdım və çörək pulumu qazandım. Səhnəyə qayıtmaq istəmirəm, o gənclik illərimdə qaldı”.
İki uşaq anası olan gülten Yaşar vaxtı ilə konservatoriyaya daxil olduğunu, çaddı sıxıntılar səbəbindən davam edə bilmədiyini dilə gətirib:
“Ailə kazinoları bağlandıqdan sonra səhnələrə vəda etməli oldum və lotereya biletləri satmağa başladım.
Müğənni hazırda “Milli lotereyanınun Gülten bacısı” kimi tanınır.