Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika ölkələrinə səfəri çərçivəsində Keniyada olub. Ziyarət zamanı Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan da tək buraxmayıb.
Unikal.org xəbər verir ki, Keniyada Əminə Ərdoğan, bu ölkədə TİKA tərəfindən təşkil edilən kənd təsərrüfatı inkişafı dəstəkləmə layihəsi proqramına qatılıb. Əminə Ərdoğan, paytaxt Nairobidə Zürafələrin nəslini qorumaq üçün qurulan mərkəzi də ziyarət edib.
Burada zürafalarla yaxından maraqlanan Əminə Ərdoğan, onları əlləriylə bəslədi.