Bakıda səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırım bu gün cümə namazında iştirak etmək üçün "Əjdərbəy" məscidinə gəlib.
Unikal.org SalamNews-a istinadən xəbər verir ki, Baş nazir Binəli Yıldırımı Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşzadə qarşılayıb.
Caamatla cümə namazı qılındıqdan sonra Binəli Yıldırım məsciddə çıxış edib. Bildirib ki, iki qardaş ölkə həmişə bir-birinə dəstək olub. Bundan sonra Türkiyə Azərbaycana dəstək olacaq.