Almaniya Bundestaqının deputatlarının hərəkətlərindəki məntiqi anlamaq mümkün deyil. Bu, həmin ölkədir ki, insanları əsir düşərgələrində diri-diri yandırıblar, qazla boğublar, buna görə də, onun kimisə soyqırımda günahlandırmağa haqqı yoxdur.
Unikal.org xəbər verir ki, Almaniyadakı türk diasporu alman parlamentinin bu qərarını qətiyyətlə pisləyir.bunu virtualaz.org-a müsahibəsində Almaniyanın türk diasporunun (Turkish Community in Germany/ Almanya Türk Toplumu) baş katibi Oya Poyraz deyib.

Bundestaqın deputatı Cem Özdemirin də daha 7 türk parlament üzvünün "erməni soyqırımı"nın tanınmasının lehinə səs verməsinə gəlincə, Poyraz bildirib ki, bu adamlar çoxdan bəri türk deyillər.

"Türklükdən onlarda yalnız adları qalıb. Həyat yoldaşları almanlardır, uşaqları özlərini alman hesab edirlər. Hansı türklərdən danışırsınız?" - Poyraz hiddətlə bildirib.

Eyni zamanda, o, qardaş Azərbaycana bu məsələdə dəstəyinə görə minnətdarlığını bildirib, lakin onu da qeyd edib ki. Almaniyadakı Azərbaycan diasporu fəal hərəkətlər etməyib.

"Biz ümid edirik ki, türk və Azərbaycan diasporları Bundestaqın bu yersiz qərarının ləğvinə nail ola biləcəklər", - Poyraz sözlərini yekunlaşdırıb.