"Tarixçilərin fərqli baxışı olduğu bir məsələ ilə bağlı Almaniya Bundestaqının qərarı böyük bir yanlışlıqdır".
Unikal.org-un məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Bundestaqın qondarma "erməni soyqırımı" barədə qərarının tamamilə yanlış olduğunu vurğulayan Türkiyənin baş naziri deyib ki, qısa müddətdə bu yanlışlığın aradan qaldırılacağına ümid bəsləyirlər: "Almaniyada 3 milyon türk yaşayır. Bu qərar Almaniyadakı türkləri də məyus edib. Xocalıda bir soyqırımı törədilib, nə üçün bunu nəzərə almırlar? Almaniya tarixi xətasını, eybini adiləşdirmək üçün parlament xətti ilə belə bir qərar qəbul edib".
B. Yıldırım Türkiyənin tarixinin şəffaf olduğunu deyib: "Beynəlxalq ictimaiyyəti ikili standartlara son qoymağa, Yaxın Şərqdə yaşanan faciələrə müşahidəçi qalmamağa dəvət edirik. Almaniya parlamentinin qərarından sonra Azərbaycana ən yüksək səviyyədə mövqeyini ortaya qoyduğu üçün təşəkkür edirəm".

Türkiyənin baş naziri deyib ki, parlamentdə hökumət etimad aldıqdan sonra Şimali Kiprə, daha sonra Azərbaycana səfər edib: "Azərbaycan və Türkiyə münasibətləri bir millət, iki dövlət prinsipinə əsaslanır. Bu münasibətlər böyük inkişaf yolu keçib. Ankarada baş verən mənfur terror olayından sonra Azərbaycan prezidentin Türkiyəyə səfər etməklə Türk xalqının qəlbində taxt qurdu, böyük yer tutdu".
B. Yıldırım bildirib ki, Bakı sürətlə inkişaf edir, mənzərəsi dəyişir: "Azərbaycanda bu inkişafı siz təmin etdiniz".