İraqın Əl-Faluca şəhərində terrorçu-kamikadzelər tərəfindən silsilə partlayışlar törədilib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, nəticədə azı 40 iraq hərbçisi həlak olub.
Bundan əvvəl İraq hökumətinin nümayəndəsi Bəsam əl-Hüseyni bildirmişdi ki, hökumət qüvvələri və könüllülər ən uzağı bir həftə ərzində Əl-Faluca şəhərini terrorçulardan azad edəcək.
Qeyd edək ki, Əl-Anbar əyalətinin ən iri Əl-Faluca şəhəri 2014-cü ilin əvvəlindən İŞİD silahlılarının nəzarətindədir.