Türkiyə məhkəməsi 29 yaşlı Erdal E. adlı Türkiyə vətəndaşına 108 il həbs cəzası kəsib. Dogan agentliyinin məlumatına görə, prokuror hətta 289 il həbs tələb edib.
Unikal.org Türkiyə mətbuatına istinadən bildirir ki, Erdal Gaziantəpədə Suriya qaçqın düşərgəsində xidmətçi işləyib. O, suriyalı 8 qaçqın uşağına qarşı seksual təcavüzdə günahkar bilinib. 8-12 yaşı olan bu oğlan uşaqlarının hər birinə Erdal yarım dollar pul verirmiş.
Erdalın özü günahkar olduğunu inkar edib. O deyib ki, bu cinayəti polisdə işgəncə ilə onun boynuna qoyublar. Türkiyənin Birgün qəzeti isə yazır ki, təcavüzə uğrayan uşaqıarın sayı 30-dur, şikayət edənlər cəmi 8 nəfərdir. Qalanlarının valideynləri qorxublar ki, şikayət etsələr, onların qaçqın statusu əllərindən alınar və geriyə- Suriyaya qaytarırlarlar.
Türkiyədə 2,7 milyon Suriya qaçqını var.