Hələ 19 yaşındaykən  dünyanın ən gənc milyoneri seçilən Aleksandra Andresen hazırda 22 yaşındadır. Gənc qız sahib olduğu sərvətə baxmayaraq sadə həyat tərzi yaşayır.  Ən böyük hobbisi at sürmək olan gənc qızın bacısı da ən az onun qədər şanslıdır. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, onların atası Johan H. Andersen, sahib olduğu payın 80 faizini iki qızı arasında bölüb. 

Erkən miras paylaşımı vergini necə ödəyəcəklər sualını ağıllara gətirib. Atası isə qızlarının mövqeyini indidən təyin etməyi planlaşdırır. 

Maliyyə redaktoru Kerry Dolan bu vəziyyətə belə açıqlama verib:

“Bu günlərdə zəngin ailələr gedərək daha tez miras paylaşımı edirlər. Onlar uşaqlarını bərabərhüquqlu etməyə önəm verirlər. Hansının yaşının böyük olduğu və ya cinsiyyətləri artıq önəmli deyil. Uşaqlarının şirkətin ən üst postundan işə başlamalarını çox təbii qarşılayırlar”. 

Əvvəldə də deyildiyi kimi Aleksandra Andres sahib olduğu sərvətə baxmayaraq adi həyat yaşamağı seçir. Onun heyvansevərliyi də xüsusi rəğbətə səbəb olub.