Könül İbrahimlinin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, iyunun 30-da Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Könül İbrahimlinin yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.