"Liverpul" Dioqo Jotanın xatirəsinə 20 nömrəli formanı əbədiləşdirməyə qərar verib.
"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi məlumatında deyilir.
Heç bir futbolçu “Liverpul”da qadınlardan ibarət komanda və akademiya da daxil olmaqla istənilən səviyyədə 20 nömrə altında oynamayacaq.
“Liverpul” və Portuqaliya millisinin forvardı Jota və onun qardaşı, Portuqaliyanın ikinci divizionunda “Penafiel”də çıxış edən Andre Teyşeyra de Silva İspaniyada yol qəzasında həlak olublar. Bildirilib ki, Jotanın avtomobili təkər partladıqdan sonra yoldan çıxıb və alovlanıb.