Ağrının Eleşkirt mahalının Yücekapı bələdiyyəsinin sədri  İlhami Zeybekin  də içində olduğu avtomobil yoldan çıxaraq su kanalın aşıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Yozqatda baş verib. Qəza nəticəsində bələdiyyə sədri ilə yanaşı 3 nəfər  yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Həkimlər onun hazırkı vəziyyətinin normal olduğunu deyib. 

Bildirilir ki, sürücü Ahmet Kahramanın idarəsində olan 35 NGJ 61 nömrə nişanlı avtomobilin aşmasına səbəb qar səbəbi ilə yaranan buzlu yol olub.