Avtomobil nəhəngi “Volvo” İsveçdəki 200 min avtomobillərini geri çağırıb. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, şirkətin bu addımı atma səbəbi  yanacaq çənindəki problemdir.

“Volvo”nun mətbuat katibi Annika Bjerstaf bununla bağlı belə açıqlama verib: 

“Firmamız təhlükəsizlik məqsədi ilə 2015-2016-cı illərdə satışa çıxarılan 11 fərqli modeli geri çağırıb. Müştərilərimizin Volvo avtomobilləroi satan firmalarla əlaqə qurmalarınə tövsiyyə edirik”. 

Avtomobillərin geri çağrılmasının “Volvo” şirkətinə nə qədər ziyan vurduğu barədə heç bir açıqlama verməyib.