ABŞ-da həbs edilən İranın "Press TV" telekanalının jurnalisti Mərziyə Haşemi sərbəst buraxılıb.

Unikal.org xarici KİV-ə istinadən məlumatına görə, bu barədə telekanal M.Haşeminin ailə üzvünə istinadən xəbər verir.

Jurnalistin sərbəst buraxılmasının təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, Mərziyə Haşemi yanvarın 16-sı Missuri ştatının Sent-Luis şəhərində saxlanılmışdı. Ona qarşı heç bir ittiham irəli sürülməsədə, jurnalistin vacib məlumata sahib olan şahid qismində saxlanıldığı bildirilirdi.