Rusiya Federasiyasının subyekti olan Saxa Muxtar Respublikasının paytaxtı Yakutyada -45 dərəcə soyuqda 5 yaşlı iki uşaq bağçadan qaçmağa qərar verib. Dondurucu soyuqda yollarını azan iki azyaşı son anda qurtulub.  

Unikal.org xarici mətbuata  istinadən xəbər verir ki, azyaşlıların analarına sürpriz etmək istəyi az qala ölümlə nəticələcəkdi. 

İlin ən soyuq günlərin birində əlcəkləri olmadan bağçanı tərk edən uşaqların qapıdan çıxış anı təhlükəsizlik kamerasına əks olunub. Uşaqlardan birinin  Yakutyadakı xəstəxanaların birində müalicə olunduğu bildirilib. 

Evdokia Kutukova adlı qadın qızı Lenanın durumu ilə bağlı məlumat verib: "Üç barmağı soyuqdan donub. Davamlı olaraq ağlayır. Uşaqlar hələ də şokdadır". 

Bildirilir ki,  Kutukovanın bağçaya gəlişindən sonra uşaqların qaçması barədə məlumat alıblar. Belə ki, qadın qızı Lenanın paltosunun asılqanda olmadığını fərq edib və bağçada işləyənlərə məllumat verib.  İşçilərə xəbər verən ana qızının dostluq etdiyi uşağın da orada olmadığını anlayıb. 

Bu zaman Lenanın babası zəng edərək bildirib ki, uşaq ağlayaraq və donmuş vıəziyətdə evə gəlib. Digər uşaq isə ətrafdakı evlərdən birinə sığınıb. Hadisə ilə bağlı istintaq başladılıb.