Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç 13 il müddətinə azadlıqdan məhrum edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kiyevin Obolon rayon məhkəməsi qərar verib.
Buna səbəb sabiq prezidentin dövlətə xəyanətdə və təcavüzkar müharibə aparmaqda ittiham edilməsidir.
Məhkəmə onun əmlakına da həbs qoyub.
V. Yanukoviç Rusiya ərazisində olduğundan onun barəsində xüsusi prosedur nəzərdən keçirilir.