Türkiyədə yaşayış binasının qazanxanasında partlayış olub.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Hatay vilayətinin Altınözü rayonunda qeydə alınıb. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır. İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər dünyasını dəyişib.

Ətrafda olan evlərə, avtomobillərə zərər dəydiyi bildirilir.