Bu ilin yanvar ayında Gürcüstanda qızılca xəstliynə 716 yoluxma halı qeydə alınıb.
Unikal.org “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.
O bildirib ki, xəstəliyə yoluxma halları ən çox Tbilisi şəhəri, Kaxeti, Sameqrelo və İmereti bölgələrində yayılıb:
“Qızılcaya yoluxanların 52 faizini 20-40 yaşarası insanlar təşkil edir. Xəstəliyin yayılma dinamikası artır və yoluxmanın qarşısını almaq üçün yeganə vasitə peyvənd olunmaqdır”.
Qonşu ölkədə 0-19 yaşarası insanlar üçün qızılcaya qarşı peyvənd məcburidir. Epidemiyanın qarşısını almaq məqsədilə hökumətin qərarı əsasında peyvənd bütün vətəndaşlar üçün ödənişsiz həyata keçirilir.