Kolumbiyada maqnitudası 5,4 bala qədər olan ardıcıl bir neçə zəlzələ baş verib.
Unikal.org Kolumbiya Seysmoloji Xidmətinə istinadən xəbər verir ki, ilk yeraltı təkanlar yerli vaxtla saat 07:32-də ölkənin ən hündür vulkanı Nevado del Uila yaxınlığında 30 kilometr dərinlikdə qeydə alınıb, daha sonra yerli vaxtla saat 08:10-da 4,4 bal bal gücündə zəlzələlə qeydə alınıb.
Kolumbiyanın "Caracol" portalının məlumatına əsasən, yeraltı təkanlar ölkənin paytaxtı Boqotada da hiss olunurdu.