Türkiyədə daxili işlər naziri Süleyman Soylunun avtomobil kortejində ağır qəza olub.
Unikal.org xəbər verir ki, Antalyanın Serik qəsəbəsi yaxınlığında naziri müşayət edən mühafizə dəstəsinin avtomobili sürüşkən yolda aşıb. Qəza nəticəsində maşında olan 4 polis xəsarət alıb və xəstəxanaya aparılıb.
Bildirilir ki, hadisəyə yağışlı havada sürət həddinin düzgün seçilməməsi səbəb olub.