Rusiyanın Ulyanovsk şəhərində orta məktəbdə 9 yaşlı oğlana qarşı təcavüz hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə yanvarın 22-də baş verib.

Təcavüzkar hadisə yerindən qaçsa da, məktəbdə quraşdırılmış müşahidə kameralarına düşüb.

Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilmiş şübhəli şəxs polis tərəfindən saxlanılıb.

Onun analoji əməllərinə görə 2012-ci ildə də məhkumluq həyatı yaşadığı bildirilir.

Hadisəni eşidən rayon sakinləri cinayətkarın ən ağır cəzaya məhkum edilməsini istəyiblər.

Hazırda törədilmiş cinayətin bütün hallarını müəyyənləşdirmək məqsədi ilə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

İstintaq orqanı saxlanılan şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün rayon məhkəməsinə təqdimat göndərəcək.

Faktla bağlı cinayət işinin araşdırılması davam edir.(teleqraf.com)