Peruda otelin divarı uçub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İnstitutu özünün "Twitter" səhifəsində məlumat yayıb.
"RPP" radiostansiyasının verdiyi xəbərə görə, hadisə Abankay vilayətində, "Alambar" otelində, toy mərasimində baş verib. Məlumata görə, uçqun zamanı azı 15 nəfər ölüb, daha 29 nəfər xəsarət alıb. Xəsarət alanların hamısı mərasimin qonaqlarıdır.
Hadisə zamanı binada təxminən 100 nəfər olub. Lakin onların yarısı uçan divarın yanında olub.
İlkin məlumata görə, hadisəyə son günlərdir yağan güclü yağışlar səbəb olub.
Daha əvvəl Peruda avtobusun çaya düşməsi nəticəsində 10 nəfər ölüb, onlarla insan yaralanıb.