Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının iclas zalında təhsil işçilərinin nümayəndələri ilə görüş keçirilib.

Unikal.org-un məlumatına görə, görüşü Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov açaraq ölkədə son 15 il ərzində yerinə yetirilmiş işlərə nəzər saldı. Bildirdi ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artıb. Sənaye istehsalı 2,6 dəfə, ixracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, valyuta ehtiyatlarımız 24 dəfə artmışdır. Azərbaycan son 15 il ərzində çox uğurla, inamla inkişaf edib. Artan iqtisadi imkanlarımız şərait yaradıb ki, sosial məsələlərə də çox böyük diqqət yetirilsin. Belə ki, son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb. Son 15 ildə 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılıb, 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilibdir. Təkcə 2018-ci ildə 140-dan çox məktəb tikilib. Bu il isə 100-dən çox məktəbin tikintisi nəzərdə tutulub.

Cavid Osmanov ölkədə təhsil sahəsində görülən işlərə diqqət çəkmiş, təhsil shəsində son zamanlar həyata keçirilən yeniliklərindən də söz açdı. Millət Vəkili Cavid Osmanov qeyd etdi ki, cənab prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə hər bir sahədə uğurlara imza atılmaqdadır. Bu gün Azərbaycan regionun lider, dünyanın isə inkişaf etməkdə olan ölkəsinə çevrilib.

Millət vəkili Cavid Osmanov Azərbaycanın davamlı inkişafının bəzi anti-Azərbaycan dairələrdə qıcıq yaratdığını və bunun üçün də həmin dairələrin özünü müxalifət adlandıran  bəzi radikal partiya və şəxsləri ələ alaraq ölkədə sabitlyi pozmaq, xaos, özbaşınalıq yaratmaq kimi iyrənc niyyətlərinin olduğunu vurğuladı. Komfort həyat üçün xaricə qaçaraq orada siyasi mühacir kimi özlərini qələmə verənlər də bu işdə alətə çevrildiyini qeyd edən millət vəkili bu kimi anti-milli ünsrlərin cəmiyyətdə heç bir dayaqlarının olmadığını və onların xalq tərfindən sadəcə nifrətlə qarşılandığını bildirdi.

Görüşdə çıxış edən təhsil işçiləri – Hürü Əliyeva, Saffar Əzməmmədov, Şəhla Hacıbalayeva, Ofeliya Çələbiyeva, Ədilxan Ədilov, Fəridə Qasımova və Tural Səfərov  hər zaman dövlətin onlara xüsusi diqqət və qayğısının olmasından və təhsil sahəsində görülən işlərdən danışdılar. Çıxışçılar qeyd etdilər ki, dövlət tərəfindən göstərilən diqqət və qayğı onların üzərinə daha böyük məsuliyyət qoyur və buna görə də rayonun təhsil işçiləri hər zaman dövlətə, dövlətçiliyə və ölkə başçısı cənab Prezidentimiz İlham Əliyevə sadiqdirlər.

Sonda bir qrup təhsil işçisi Ağdaş rayonunun ictimai-siyasi həyatında və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatındakı fəaliyyətinə görə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Fəxri fərmanı ilə təltif olundular.