Aralıq dənizinin Əlcəzair sahillərində miqrantları daşıyan kiçik gəmi batıb.

Unikal.org yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə ölkənin Oran şəhəri yaxınlığında baş verib, ən azı 2 nəfər ölüb.

Gəmidə 18 qeyri-leqal miqrant olub. Onlardan 13-ü xilas edilib. 11 nəfərin əcnəbi, iki nəfərin isə Əlcəzair vətəndaşı olduğu bildirilir. Üç nəfər hələlik itkin düşmüş hesab edilir. Onların axtarışları aparılır.