Keniyada turistləri daşıyan yüngülmotorlu Cessna təyyarəsi Ləva qoruğunda eniş edərkən dişi zürafə ilə toqquşub.
"Unikal" xəbər verir ki, bu barədə KahawaTungu portalı məlumat yayıb.
Hadisə ötən gün baş verib. Təyyarə uçuş-enmə zolağına endikdən sonra kolluq ərazidən iki dişi zürafə çıxaraq təyyarənin istiqamətinə qaçıblar. Onlardan biri birbaşa fırlanan propellerə çırpılıb və yerindəcə parçalanaraq ölüb. Digər zürafə təyyarənin yanından qaçaraq gizlənə bilib.
Toqquşma nəticəsində təyyarənin pervanəsi zədələnib, lakin təyyarədə olan insanlar xəsarət almayıb.