Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Yıldız Tilbe Tvitter hesabında Səhiyyə Nazirliyə müraciət ünvanlayaraq, donuz qripi olan şəxslərə dərmanların pulsuz verilməsini xahiş etmişdi.
Unikal.org xəbər verir ki, nazirlikdən Tilbeyə cavab gecikməyib.
Səhiyyə Naziri Fahrettin Koca “Sənətçimizin yastığı yüngül olsun. Yıldız xanım, ailə həkiminə müraciət edərsə, həmin yolla dərmanları pulsuz ala bilər. Qripdən qorunmağın ən yaxşı yolu əlləri tez-tez yumaq və istirahətdir” deyə, söyləyib.
Qeyd edək ki, sənətçi Tvitterdə “Donuz yemiriksə, niyə donuz qripi oluruq? Bu virusdan qurtulmaq, sağlam olmaq istəyirik. Millət olaraq xəstəyik, biz yazıq deyilik? Xəstəlikdən yorğun düşdüm. Səhiyyə Nazirliyi bizə niyə pulsuz dərman vermir? Xahiş edirəm, Allah xətrinə bunu etsinlər” deyə, yazmışdı.