Müğənni Sevda Əliqızı "Bizimləsən" verilişinə qatılıb.
Unikal.org-un məlumatına görə, ifaçı qohumlarından birini axtarmaq üçün proqrama müraciət etdiyini deyib.
S.Əliqızı dayısını 28 ildir görmədiyini bildirib və bu sözləri söyləyib:
"Çox həyəcanlıyam. Dayımı 28 ildir görmürəm. 19 yaşında əsgərliyə gedib. Orada bir müddət həbs olundu. Sonra ailə qurub. Bir qızı dünyaya gəlib, lakin həyat yoldaşından ayrılıb.
40 il əvvəl görmüşəm. Onda mənim övladım yox idi. Bir də övladımın 7-8 yaşı olanda gəlmişdi. 30 ilə yaxındır görmürəm.
Əgər sağdırsa, təkdir və ya ailəsi varsa, onlarla birgə gəlsin. Həmişə yanımda saxlamağa hazıram. Görmək istəyirəm, onun üçün çox darıxıram".