Bakıya gələn və qeyri-adi hərəkətləri ilə gündəmdən düşməyən ərəb turistlər bu dəfə də diqqəti üzərilərinə çəkməyi bacarıblar.

Unikal.org-un əldə etdiyi məlumata görə, foto ərəblərin bu dəfəki fotosu Bakı aeroportunda çəkilib. Belə ki, bu gün Heydər Əliyev adına Hava Limanında yırtıcı ov quşları ilə görüntülənən ərəblər ətrafdakı insanlar tərəfindən maraqla qarşılanıb. Bakıya gələn ərəblər bahalı otellərdə yerləşdikdən sonra Azərbaycanın müxtəlif  rayonlarına ov üçün yollanırlar. Yüzlərlə canlı ovlayan varlı ərəblər bu əyləncələrini sosial şəbəkələrdə paylaşaraq insanlara nümayiş etdirirlər.

Famil Fərhadoğlu