Ramil Səfərov məsələsi AŞPA-da
08:09 26-09-2012
İQTİSADİYYAT
Ramil Səfərov məsələsi AŞPA-da
Amma çıxarılacaq qərarın heç bir önəmi olmayacaq
Avropa Şurasının Parlament Assambleyası növbəti iclasına hazırlaşır. Amma ekspertlər iddia edirlər ki, bu toplantı daha ajiotajlı olacaq və nəticələr Rusiya və Azərbaycan üçün heç də xoşagələn olmayacaq. Hətta belə fikirlər də səsləndirilir ki, Rusiya və Azərbaycan ağır ittihamlarla üz-üzə qalmamaq üçün həm birgə fəaliyyət göstərəcəklər, həm də bu iki dövlətə yaxın olan ölkələrdən ibarət AŞPA-da blok təsis edəcəklər. Maraqlıdır bəs AŞPA-da adı çəkilən dövlətlərlə bağlı hansı məsələlər gündəliyə salınacaq?
Verilən rəsmi məlumata görə oktyabrın 1-dən 5-dək Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının gündəliyi açıqlanıb. Oktyabrın 1-də sessiya öz işinə başlamazdan əvvəl ənənəvi olaraq AŞPA sədri Jan-Klod Minion yay sessiyasından keçən dövr ərzində dünyada baş verən hadisələrdən və rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən bəhs edəcək, büro və daimi komitələrin hesabatları dinləniləcək, AŞPA sədrinin müavininin seçkisi keçiriləcək. Payız sessiyasının ilk günü Rusiya Federasiyası Dumasının sədri Sergey Narışkin avropalı deputatlar qarşısında çıxış edəcək və sualları cavablandıracaq.
Oktyabrın 2-də öz işini davam etdirəcək sessiyanın gündəliyinə Bosniya-Herseqovina, Rusiya Federasiyası, Xorvatiya və Moldovadan Avropa Məhkəməsinə hakimlərin seçkisi, Avropa Şurasında Rusiyanın götürdüyü öhdəlikləri yerinə yetirməsinin vəziyyəti, "Daha demokratik seçkilər uğrunda" mövzusunda məsələlər, habelə Nazirlər Komitəsi sədrinin hesabat məruzəsi ilə çıxışı daxil edilib.
Sessiyanın sonrakı günlərində İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının fəaliyyəti, siyasi məhbus meyarının müəyyən edilməsi, insan haqları və xarici siyasət, Avropada təhsil seçimində azadlıq hüququ, Avropada təhsil sistemi ilə bağlı digər məsələlər ətrafında müzakirələr aparılacaq. Avropada ali təhsillə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov xüsusi məruzəçi kimi çıxış edəcək.
Gündəlikdə azərbaycanlı zabit Ramil Səfərovla bağlı məsələ ətrafında fikir mübadiləsinin aparılması da nəzərdə tutulub.
Sessiyanın gedişi zamanı Moldova və Albaniya prezidentlərinin çıxışları da gündəliyə salınıb.
Maraqlıdır bəs bu məsələlərə görə adı çəkilən dövlətlərə hansı təzyiqlər ola bilər? Ekspertlər bildirir ki, Rusiya məsələsi müzakirə olunarkən əsasən dörd məsələ priroritet olacaq.
1.Rusiyada keçirilən prezident seçkiləri
2. Rusiyanın Gürcüstan və Azərbaycanla sərhəd bölgəsinə ordu yerləşdirməsi
3. Rusiyada korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin aparılmaması
4. Söz azadlığının pozulması,müxalifətin təqqib olunması
Amma ekspertlər bildirir ki, müzakirələr gərgin keçsədə ciddi qərarın çıxarılması mümkün deyil. Sadəcə olaraq tövsiyyə xarakterli hansısa qətnamə qəbul oluna bilər. Politoloq Elxan Şahin oğlunun "Unikal" qəzetinə bildirdikləri:-"AŞPA Rusiyada keçirilən seçkilərlə bağlı ciddi hansısa qərar qəbul etməyəcək.Çünki seçkilər öncəsi beynəlxalq təşkilatlar Rusiyaya irad tutsalarda ciddi hər hansı addımlar atmadılar. Bu isə o deməkdir ki, bundan sonra AŞPA və ya başqa beynəlxalq təşkilatlar hansısa qərar qəbul etməyəcək. Çünki bu qərarların önəmi yoxdur. Amma AŞPA çalışacaq ki, müxalifətin sərbəst toplaşması,söz azadlığının qorunması üçün Rusiyaya hansısa təzyiqləri artırsın. Digər məsələlərə gəldikdə isə bu məsələlərdə sadəcə olaraq tövsiyyə xarakterli olacaq". Maraqlıdır bəs Azərbaycanla bağlı AŞPA-in çıxaracağı qərar nə ola bilər? Bununla da bağlı müxtəlif fikirlər səsləndirilir. Qeyd olunur ki, AŞPA bundan istifadə edərək Azərbaycana qarşı təzyiqləri artıracaq. Amma Elxan Şahinoğlu bildirir ki, bu artıq mümkün deyil. Çünki məsələ artıq öz həllinin tapıb və bundan sonra beynəlxalq təşkilatların çıxaracağı qərar heç bir əhəmiyyət kəsb etməyəcək. Onun sözlərinə görə Avropa Parlamenti AŞPA-dan da nüfuzlu təşkilatdır. Bu təşkilat heç nəyi dəyişə bilmədisə AŞPA-da nə isə dəyişiklik ola bilməz. Sadəcə olaraq erməni lobbisi bundan istifadə edərək Azərbaycana qarşı təbliğat kompaniyasını davam etdirə bilər.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00