Xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Elza Seyidcahan arasında olan qalmaqal daha da qızışıb.
Unikal.org xəbər verir ki, Seyidacahanın Nazpərinin tələbəsi Aygünə “Onu səhnədə görə bilməsək də, mağar toylarında görə biləcəyik. Atmacalarla danışan insanın səhnədə sonu olmaz. Yerini bilsin” deməsi Dostəliyevanı özündən çıxarıb.
“Toyxanalar deyirlər, amma toydan ötrü özlərini öldürürlər. Menyulara düşüblər, yazıqların qiyməti 35 qəpiyə olub. Restoranlarda 30 qəpik salat, 35 qəpik filan müğənnidir. Gülməli danışırlar. İnsan gülməkdən içi gedir. Adam bir özünə, qoyduğu yoluna baxar” deyə, Nazpəri Elzaya deyib.
Seyidcahan “Qoyduğum yol buradadır. Not bilməyən xalq artisti burada əyləşib” deyərək, Dostəliyevanın sözünü kəsib.
Nazpəri isə susqunluğunu pozaraq ona cavab verib:
“Mədəniyyətinizi saxlayın. Mən heç kimə müdaxilə etmədim. Aygün pis idisə, niyə sənin əlindən mikrofonu alıb, ona veriblər? Deyiblər ki, bu oxuya bilmir. Sənin dediklərin həqiqət olur, bizimki yalan. Aygünü maşına mindirib aparmaqda məqsədi o olub ki, pulla ona mahnı satsın. Təklif edib ki, çıx Nazpərinin qrupundan mənim yanıma gəl. Mən sənə daha gözəl mahnılar öyrədəcəyəm. Niyə mən olanları demirəm ki? Halbuki bunların heç birindən xəbərim yox idi. Aygün buradadır. Həmişə susmuşam”.
“Mədəniyyəti siz göstərdiniz. Notu bilməyən xalq artisti, otur yerində. Gecə 5-in yarısında uydurmalar danışırsınız. Şər-böhtan danışırsınız. Bunlar yalandır” deyə, Elza Nazpərinin yalan danışdığını söyləyib.