2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Təbriz Əsgərovun anası Kifayət xanım vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı jurnalist Aida Eyvazlı paylaşıb.
"Təbriz Əsgərov xüsusi təyinatlı idi. "Gecə canavarı" deyirdilər adına. 2016-cı ilin aprelində qələbə şərbətini başına çəkəndən sonra, Talış yüksəkliyində qəhrəmanlıqla həlak olan şəhidlərimizdəndir. Onun evinə Şəmkirin Morul kəndinə gedəndə anası ilə görüşüm çox ağır olmuşdu. Uca boylu Kifayət xanımı Burla xatuna bənzətmişdim. Danışmamışdı mənimlə. Oğlunun otağına aparmışdı məni. Bəy otağı bəzəmişdi Təbriz üçün. Nalə çəkib ağlamışdı yanımda. Deyəcəklərini haray kimi ürəyimə yazmışdı. O hər gün oğlunun bəy otağına gedir, Təbrizdən qalan paltarları açıb qarşısına düzür, quzu kimi mələyirdi, qurd kimi ulayırdı. İndi xəbər gəldi ki, oğlunun həsrətinə tab gətirməyən ana, oğlunun yanına köçüb. Çox üzüldüm...", - deyə Aida Eyvazlı yazıb.
Allah rəhmət eləsin!