Azərbaycan Turizm və Menecment Universitetinin əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının dordüncü sayı çapdan çıxıb.
Unikal.org xəbər verir ki, jurnala daxil edilən məqalələrdə piyada turizmində texniki hazırlığın model göstəriciləri, İslami və dini turizmin mənşəyi və əhəmiyyəti, aktivlərin birja qiymətlərinin tədqiqi və proqnozlaşdırılması,”Qədim İpək yolunun bərpası” layihəsinin reallaşması prosesində Heydər Əliyevin rolu, UNESCO mədəni irsinə daxil edilmiş Qobustan qoruğunun marketinqinin təhlili, ixrac potensialının qida təhlükəsizliyinə təsirinin iqtisadi qiymətləndirilməsi, Azərbaycanda aviadaşımaların iqtisadi inkişafa təsiri, qlobal miqrasiya tarixində yeni tendensiyalar: proseslərin tənzimlənməsində siyasi və hüquqi problemlər, Gəncənin tarixi-dini abidələrinin tolerant dəyərlərin və multikulturalizm mühafizəçisi kimi tədqiqinin əhəmiyyəti, Azərbaycan televiziyasında əsas üslub modelləri araşdırılmış və tədqiqat nəticələri təhlil edilib.
Jurnalın elektron versiyası ilə ATMU-nun Kitabxana İnformasiya Mərkəzində tanış ola və ya rəsmi saytından elektron versiyanı əldə edə bilərsiniz.