“Mən Azərbaycana gəldim, heç bir dilənçi görmədim. Kaş bütün ölkələr Azərbaycan kimi olsun".
Unikal.org xəbər verir ki, ARB TV - nin “Kimsəsizlə” layihəsinə özəl müsahibə verən Türkiyənin ən güclü səs sahibəsi Yıldız Tilbe bu layihəni çox bəyəndiyini və izlədiyini etiraf edib:
“Sizin layihəni çox bəyəndim. Allah sizdən razı olsun. Belə proqramlar insanlara lazımdır. Kimsəsiz insanlara kömək edirsiniz. Azərbaycana gəldim, heç kimsəsiz insan görmədim. Hər kəsin üstü-başı səliqəli idi. Kaş bütün ölkələrdə vəziyyət belə yaxşı olsun”.
Yıldız Tilbe “Kimsəsizlə” layihəsinin müəllifi Ayxan Məmmədli ilə söhbəti zamanı deyib. Qeyd edək ki, qısa zaman çərçivəsində məşhurluq qazanan “Kimsəsizlə “layihəsi tezliklə yeni kanalda, yeni zamanda və fərqli formatda yayımlanacaq.