Keçmiş Kainat gözəli ad gününə 1 gün qalmış xizək mərkəzində tətildə olarkən ürək tutmasından dünyasını dəyişib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, istirahət üçün getdiyi Avstraliyada qaldığı oteldə huşsuz halda tapılan hollandiyalı Lotte van Der Zeeyə təcili müdaxilə edilib. Dərhal Almaniyada xəstəxanaların birində yerləşdirilib. Xəstəxanada bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun ailəsi ölüm xəbərini "instagram" hesabında paylaşıb:

“Sevimli qızımız, hər şeyimiz martın 6-da axşam saatlarında vəfat edib. Əziz Lottenin artıq yanımızda olmayacağı qorxunc bir həqiqətdir. Xahiş edirik ki, dualarınızı əsirgəməyin”.

Ailəsi həmçinin qızlarının ad günündən bir gün əvvəl dostları ilə görüşdüyünü və həmin görüşdən çox xoşbəxt şəkildə qayıtdığını deyib. 

Qeyd edək ki, Lotte van Der Zee 2017-ci ildə “Yeniyetmə Kainat Gözəli” yarışmasının qalibi seçilib.